General Novruzəli Orucov işdən çıxarıldı - Prezidentdən SƏRƏNCAM
![]()
Prezident İlham Əliyev Novruzəli Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Rubrika.Az BakuPost.az-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur: Novruzəli Hüseyn oğlu Orucov Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilsin.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Rubrika.Az
Facebook-da paylaş









