Əsas Səhifə > Hadisə > Türkiyədə əməliyyat - 5 terrorçu öldürülüb, 4 polis yaralanıb
Türkiyədə əməliyyat - 5 terrorçu öldürülüb, 4 polis yaralanıb12-07-2017, 12:00 |
|
Türkiyənin mərkəzi əyalətində İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Rubrika.az Trend-ə istinadən əməliyyat Konyada keçirilib. Konya polsinin yaydığı xəbərə görə, əməliyyat nəticəsində 4 polis əməkdaşı yaralanıb. Şəhərin Meram rayonunda terrorçuların olduğu evə polisin əməliyyat hücumu zamanı atışma baş verib. Terrorçular məhv edildikdən sonra mənzildən 5 Kalaşnikov avtomatı, çox sayda silah-sursat aşkar edilib. Hazırda meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Rubrika.az Geri qayıt |