Türkiyədə əməliyyat - 5 terrorçu öldürülüb, 4 polis yaralanıb
![]()
Türkiyənin mərkəzi əyalətində İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib.
Rubrika.az Trend-ə istinadən əməliyyat Konyada keçirilib. Konya polsinin yaydığı xəbərə görə, əməliyyat nəticəsində 4 polis əməkdaşı yaralanıb.
Şəhərin Meram rayonunda terrorçuların olduğu evə polisin əməliyyat hücumu zamanı atışma baş verib. Terrorçular məhv edildikdən sonra mənzildən 5 Kalaşnikov avtomatı, çox sayda silah-sursat aşkar edilib.
Hazırda meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Rubrika.az
Facebook-da paylaş











