Əsas Səhifə > Hadisə > Metroda gənc qız özünü qatar relslərinin üstünə atdı - Ruhi xəstəymiş

Metroda gənc qız özünü qatar relslərinin üstünə atdı - Ruhi xəstəymiş


15-07-2017, 11:24
Metroda gənc qız özünü qatar relslərinin üstünə atdı - Ruhi xəstəymiş

Bakı Metropolitenində intihara cəhd hadisəsi baş verib.

Hadisə dünən səhər saatlarında metronun "Nizami” stansiyasında qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Nərmin Muradova intihar məqsədi ilə özünü qatar relslərinin üstünə atıb. Lakin polis əməkdaşları və metropoliten işçiləri, o cümlədən maşinistin ayıq-sayıqlığı nəticəsində qatarı vaxtında saxlamaq mümkün olub.

Nəticədə qadın xəsarət almayıb.
Aparılan araşdırmalar nəticəsində N.Muradovanın ruhi əsəb xəstəsi olduğu müəyyənləşdirilib.
Araşdırmalar davam etdirilir.

Rubrika.Az
Geri qayıt