Metroda gənc qız özünü qatar relslərinin üstünə atdı - Ruhi xəstəymiş
![]()
Bakı Metropolitenində intihara cəhd hadisəsi baş verib.
Hadisə dünən səhər saatlarında metronun "Nizami” stansiyasında qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Nərmin Muradova intihar məqsədi ilə özünü qatar relslərinin üstünə atıb. Lakin polis əməkdaşları və metropoliten işçiləri, o cümlədən maşinistin ayıq-sayıqlığı nəticəsində qatarı vaxtında saxlamaq mümkün olub.
Nəticədə qadın xəsarət almayıb.
Aparılan araşdırmalar nəticəsində N.Muradovanın ruhi əsəb xəstəsi olduğu müəyyənləşdirilib.
Araşdırmalar davam etdirilir.
Rubrika.Az
Facebook-da paylaş












