Əsas Səhifə > Dünya > Suriyalı qaçqınların düşərgəsində partlayış: Ölən və yaralananlar var

Suriyalı qaçqınların düşərgəsində partlayış: Ölən və yaralananlar var


19-07-2017, 11:44
Suriyalı qaçqınların düşərgəsində partlayış: Ölən və yaralananlar var

İordaniya-Suriya sərhədində suriyalı qaçqınların məskunlaşdığı Rakban düşərgəsində partlayış baş verib.

Rubrika.Az Trend-ə istinadən xbər verir ki, hadisə nəticəsində bir ailədən 2-si uşaq olmaqla 3 nəfər həlak olub, eləcə də 2-si azyaşlı olmaqla 3 nəfər yaralanıb.

Həmin ailənin yaşadığı çadırda partlayışın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Qeyd edək ki, Rakban düşərgəsində hazırda 85 min suriyalı qaçqın yaşayır.

Rubrika.Az
Geri qayıt