Suriyalı qaçqınların düşərgəsində partlayış: Ölən və yaralananlar var
![]()
İordaniya-Suriya sərhədində suriyalı qaçqınların məskunlaşdığı Rakban düşərgəsində partlayış baş verib.
Rubrika.Az Trend-ə istinadən xbər verir ki, hadisə nəticəsində bir ailədən 2-si uşaq olmaqla 3 nəfər həlak olub, eləcə də 2-si azyaşlı olmaqla 3 nəfər yaralanıb.
Həmin ailənin yaşadığı çadırda partlayışın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
Qeyd edək ki, Rakban düşərgəsində hazırda 85 min suriyalı qaçqın yaşayır.
Rubrika.Az
Facebook-da paylaş















