Əsas Səhifə > Şou Biznes > Türk pop ulduzu vəfat etdi
Türk pop ulduzu vəfat etdi20-07-2017, 11:00 |
|
62 yaşlı sənətçi uzun müddətdir ki, xərçəngdən əziyyət çəkirdi. Dünən axşam saatlarında onun vəziyyəti pisləşib. Harun Kolçak yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Kino sənətçisi Eşref Kolçakın oğlu olan Harun Kolçak 1955-ci ildə anadan olub. Musiqiyə həvəsi və marağı olduğu üçün əvvəlcə gitara ilə məşğul olub. Sonra təhsilini yarımçıq qoyaraq peşəkar musiqi ilə məşğul olub. 2014-cü ildən sənətçi prostat xərçəngindən əziyyət çəkir. Bir dəfə əməliyyat olunub. 2016-cı ildə yenidən əməliyyata alınıb. Bu yaxınlarda isə ağrıları şiddətlənib. Həkimlər isə onu xilas edə bilməyiblər. 62 yaşlı sənətçi xərçəngə təslim olub. Rubrika.Az Geri qayıt |