Türk pop ulduzu vəfat etdi
![]()
62 yaşlı sənətçi uzun müddətdir ki, xərçəngdən əziyyət çəkirdi. Dünən axşam saatlarında onun vəziyyəti pisləşib. Harun Kolçak yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Kino sənətçisi Eşref Kolçakın oğlu olan Harun Kolçak 1955-ci ildə anadan olub. Musiqiyə həvəsi və marağı olduğu üçün əvvəlcə gitara ilə məşğul olub. Sonra təhsilini yarımçıq qoyaraq peşəkar musiqi ilə məşğul olub.
2014-cü ildən sənətçi prostat xərçəngindən əziyyət çəkir. Bir dəfə əməliyyat olunub. 2016-cı ildə yenidən əməliyyata alınıb. Bu yaxınlarda isə ağrıları şiddətlənib. Həkimlər isə onu xilas edə bilməyiblər. 62 yaşlı sənətçi xərçəngə təslim olub.
Rubrika.Az
Facebook-da paylaş









