Əsas Səhifə > Dünya > Çində bina uçub: 5 ölü
Çində bina uçub: 5 ölü22-07-2017, 10:22 |
![]() Çinin Şanxay şəhərində binanın uçması nəticəsində 5 nəfər ölüb. Rubrika.Az Trend-ə istinadən bildirir ki, bu haqda Çinin Mərkəzi Televiziyası xəbər verib. Məlumata görə, Tsyadin rayonunda 3 mərtəbəli bina uçub, hadisənin səbəbi hələ məlum deyil. Xilasetmə əməliyyatı hadisədən dərhal sonra başlayıb, dağıntılar altından 6 nəfəri sağ çıxarmaq mümkün olub, lakin onlardan 5-i aldığı zədələrdən xəstəxanada dünyasını dəyişib. Rubrika.Az Geri qayıt |