Çində bina uçub: 5 ölü

Çinin Şanxay şəhərində binanın uçması nəticəsində 5 nəfər ölüb.
Rubrika.Az Trend-ə istinadən bildirir ki, bu haqda Çinin Mərkəzi Televiziyası xəbər verib.
Məlumata görə, Tsyadin rayonunda 3 mərtəbəli bina uçub, hadisənin səbəbi hələ məlum deyil.
Xilasetmə əməliyyatı hadisədən dərhal sonra başlayıb, dağıntılar altından 6 nəfəri sağ çıxarmaq mümkün olub, lakin onlardan 5-i aldığı zədələrdən xəstəxanada dünyasını dəyişib.
Rubrika.Az
Facebook-da paylaş











