Əsas Səhifə > Dünya > Türkiyədə dəhşətli avtobus qəzası — Ölən və yaralananlar var

Türkiyədə dəhşətli avtobus qəzası — Ölən və yaralananlar var


5-08-2017, 11:15
Türkiyədə dəhşətli avtobus qəzası — Ölən və yaralananlar var

Türkiyənin Amasiya vilayətində avtobus qəzası baş verib.

Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Merzifonda baş verən qəzada ölən və yaralananların sayı çoxdur.

Əldə edilən məlumata görə, İstanbuldan Ordu-Girəsun istiqamətində hərəkət edən sərnişin avtobusu Amasiyanın Merzifon rayonu Kayadüzü səmtində idarəetməni itirərək aşıb. Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadası cəlb edilib.

İlkin məlumatlara əsasən, 5 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

Rubrika.az
Geri qayıt