Türkiyədə dəhşətli avtobus qəzası — Ölən və yaralananlar var
![]()
Türkiyənin Amasiya vilayətində avtobus qəzası baş verib.
Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Merzifonda baş verən qəzada ölən və yaralananların sayı çoxdur.
Əldə edilən məlumata görə, İstanbuldan Ordu-Girəsun istiqamətində hərəkət edən sərnişin avtobusu Amasiyanın Merzifon rayonu Kayadüzü səmtində idarəetməni itirərək aşıb. Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadası cəlb edilib.
İlkin məlumatlara əsasən, 5 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.
Rubrika.az
Facebook-da paylaş











