Əsas Səhifə > Hadisə > Türkiyəli iş adamı Bakıda qarət edilib
Türkiyəli iş adamı Bakıda qarət edilib5-08-2017, 17:22 |
![]() Bakıda Türkiyə vətəndaşı qarət edilib. Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, paytaxtın Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən aptekin sahibi, Türkiyə vətəndaşı, 1964-cü il təvəllüdlü Canpolad Mehmet polisə ərizə ilə müraciət edərək 1000 ABŞ dolları, 520 manat və planşetinin naməlum şəraitdə oğurlandığını bildirib. Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb. Rubrika.Az Geri qayıt |