Türkiyəli iş adamı Bakıda qarət edilib

Bakıda Türkiyə vətəndaşı qarət edilib.
Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, paytaxtın Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən aptekin sahibi, Türkiyə vətəndaşı, 1964-cü il təvəllüdlü Canpolad Mehmet polisə ərizə ilə müraciət edərək 1000 ABŞ dolları, 520 manat və planşetinin naməlum şəraitdə oğurlandığını bildirib.
Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.
Rubrika.Az
Facebook-da paylaş













