Əsas Səhifə > Səhiyyə > Doğuş zamanı ana və uşağın ölümü ilə bağlı açıqlama - “Belə xəstəmiz olmayıb, yalandır”

Doğuş zamanı ana və uşağın ölümü ilə bağlı açıqlama - “Belə xəstəmiz olmayıb, yalandır”


9-08-2017, 14:58
Doğuş zamanı ana və uşağın ölümü ilə bağlı açıqlama - “Belə xəstəmiz olmayıb, yalandır”

3 saylı şəhər Klinik Xəstəxanası doğuş zamanı dünyasını dəyişən ana və uşağın ölümü ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Rubrika.Az AzNews.az-a istinadən bildirir ki, xəstəxanadan verilən məlumata görə, 3 saylı şəhər klinik xəstəxanasının doğum şöbəsinə Zeynəb Əligülova adında xəstə daxil olmayıb:

“Zeynəb adında xəstəmiz olmayıb, məlumat yalandır”.

Bakı şəhərində ana və uşaq doğuş zamanı ölüb. Apa-nın məlumatına görə isə, hadisə 3 saylı şəhər klinik xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.

Rubrika.Az
Geri qayıt