Doğuş zamanı ana və uşağın ölümü ilə bağlı açıqlama - “Belə xəstəmiz olmayıb, yalandır”

3 saylı şəhər Klinik Xəstəxanası doğuş zamanı dünyasını dəyişən ana və uşağın ölümü ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
Rubrika.Az AzNews.az-a istinadən bildirir ki, xəstəxanadan verilən məlumata görə, 3 saylı şəhər klinik xəstəxanasının doğum şöbəsinə Zeynəb Əligülova adında xəstə daxil olmayıb:
“Zeynəb adında xəstəmiz olmayıb, məlumat yalandır”.
Bakı şəhərində ana və uşaq doğuş zamanı ölüb. Apa-nın məlumatına görə isə, hadisə 3 saylı şəhər klinik xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.
Rubrika.Az
Facebook-da paylaş













