Əsas Səhifə > Tənqid > İŞİD Qarabağda döyüşən ermənini məhv etdi
İŞİD Qarabağda döyüşən ermənini məhv etdi17-08-2017, 16:57 |
|
09:58 Suriyada İŞİD-lə döyüşlər zamanı əslən erməni olan Nubar Ozanyan öldürülüb. Bu barədə informasiyanı “Yeni Şəfəq” qəzeti yayıb. Qəzet Ozanyanın kürd qruplaşmalarının tərkibində İŞİD-ə qarşı döyüşdüyünü bildirib. Avqustun 14-də öldürülən Ozanyan Türkiyə Kommunist Partiyasının liderlərindən biri olub. O, 6 il müddətində PKK sıralarında Türkiyəyə qarşı döyüşüb. Qəzet PKK-nın Ozanyanın şərəfinə Avropada yürüş keçirməyi planlaşdırdığını bildirib. Yozqat şəhərində doğulan Ozanyanın İstanbulda təhsil aldığı açıqlanıb. O, Stepan Şaumyan və Leninin əsərlərini türk dilinə çevirib. 1988-1990-cı illərdə Fələstində fəaliyyət göstərən Ozanyan 1991-1992-ci illərdə Qarabağda erməni separatçılarının tərəfində döyüşüb. 2014-cü ildə Şimali İraqa gələn erməni separatçı 2015-ci ildə Suriyadakı kürdlərin sıralarına qoşulub. Burada “Orxan Bakırçıyan” ləqəbi ilə tanınan separatçı erməni və ərəb əsilli separatçıların hazırlığı ilə məşğul olub. Geri qayıt |