İŞİD Qarabağda döyüşən ermənini məhv etdi
![]()
09:58
Suriyada İŞİD-lə döyüşlər zamanı əslən erməni olan Nubar Ozanyan öldürülüb.
Bu barədə informasiyanı “Yeni Şəfəq” qəzeti yayıb. Qəzet Ozanyanın kürd qruplaşmalarının tərkibində İŞİD-ə qarşı döyüşdüyünü bildirib.
Avqustun 14-də öldürülən Ozanyan Türkiyə Kommunist Partiyasının liderlərindən biri olub. O, 6 il müddətində PKK sıralarında Türkiyəyə qarşı döyüşüb.
Qəzet PKK-nın Ozanyanın şərəfinə Avropada yürüş keçirməyi planlaşdırdığını bildirib.
Yozqat şəhərində doğulan Ozanyanın İstanbulda təhsil aldığı açıqlanıb. O, Stepan Şaumyan və Leninin əsərlərini türk dilinə çevirib. 1988-1990-cı illərdə Fələstində fəaliyyət göstərən Ozanyan 1991-1992-ci illərdə Qarabağda erməni separatçılarının tərəfində döyüşüb. 2014-cü ildə Şimali İraqa gələn erməni separatçı 2015-ci ildə Suriyadakı kürdlərin sıralarına qoşulub. Burada “Orxan Bakırçıyan” ləqəbi ilə tanınan separatçı erməni və ərəb əsilli separatçıların hazırlığı ilə məşğul olub.
Facebook-da paylaş











