Əsas Səhifə > Hadisə > Bakıda qız qoca anasını stəkanla döydü...

Bakıda qız qoca anasını stəkanla döydü...


21-08-2017, 15:45
Bakıda qız qoca anasını stəkanla döydü...

Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Belə ki, Buzovna qəsəbəsi, Bünyatov küçəsi 6 A ünvanında yaşayan 1936-ci il təvəllüdlü Quliyeva Rəhilə Şükür qızı övladı ilə mübahisə edib.

Nəticədə R.Quliyevanın qızı stəkanla anasının başına zərbə vurub. Başından xəsarət alan qoca qadın 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Rubrika.az
Geri qayıt