Bakıda qız qoca anasını stəkanla döydü...
![]()
Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Belə ki, Buzovna qəsəbəsi, Bünyatov küçəsi 6 A ünvanında yaşayan 1936-ci il təvəllüdlü Quliyeva Rəhilə Şükür qızı övladı ilə mübahisə edib.
Nəticədə R.Quliyevanın qızı stəkanla anasının başına zərbə vurub. Başından xəsarət alan qoca qadın 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Rubrika.az
Facebook-da paylaş














