Əsas Səhifə > Hadisə > "Evdə tək" filmi reallığa çevrildi — Fransada ŞOK HADİSƏ....
"Evdə tək" filmi reallığa çevrildi — Fransada ŞOK HADİSƏ....25-08-2017, 15:22 |
|
Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, şəhər sakini qadın 8 və 12 yaşlı iki uşağını evdə tək qoyaraq 1 aylıq istirahətə yollanıb. Məsuliyyətsiz ana hava limanında saxlanılıb. Qadın 1 ay Mərakeşdə istirahət edib. Kiçik uşaqlarını evdə tək qoyan ana geri qayıdanda hava limanında saxlanılıb. 49 yaşlı qadın uşaqlara ehtiyaclarını qarşılamaq üçün bank kartını veribmiş. Uşaqlar bir neçə gün kartla alış-veriş ediblər. Amma sonradan kartın limiti dolub və 80 yaşlı qapı qonşuları uşaqların yemək ehtiyacını qarşılayıb. Qonşu sonradan polisə xəbər verib. Anası tərəfindən tərk edilən bacı-qardaş şəhərdəki kimsəsiz uşaqlar yataqxanasına yerləşdirilib. Saxlanılan qadın isə məhkəmə qarşısında cavab verəcək. Rubrika.az Geri qayıt |