"Evdə tək" filmi reallığa çevrildi — Fransada ŞOK HADİSƏ....
![]()
Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, şəhər sakini qadın 8 və 12 yaşlı iki uşağını evdə tək qoyaraq 1 aylıq istirahətə yollanıb. Məsuliyyətsiz ana hava limanında saxlanılıb.
Qadın 1 ay Mərakeşdə istirahət edib. Kiçik uşaqlarını evdə tək qoyan ana geri qayıdanda hava limanında saxlanılıb. 49 yaşlı qadın uşaqlara ehtiyaclarını qarşılamaq üçün bank kartını veribmiş.
Uşaqlar bir neçə gün kartla alış-veriş ediblər. Amma sonradan kartın limiti dolub və 80 yaşlı qapı qonşuları uşaqların yemək ehtiyacını qarşılayıb. Qonşu sonradan polisə xəbər verib. Anası tərəfindən tərk edilən bacı-qardaş şəhərdəki kimsəsiz uşaqlar yataqxanasına yerləşdirilib.
Saxlanılan qadın isə məhkəmə qarşısında cavab verəcək.
Rubrika.az
Facebook-da paylaş













