Əsas Səhifə > Media > İki gün meşədə qalan uşaq valideynlərinə təhvil verildi

İki gün meşədə qalan uşaq valideynlərinə təhvil verildi


30-08-2017, 11:57
İki gün meşədə qalan uşaq valideynlərinə təhvil verildi

Quba rayonunda meşədən tapılan 6 yaşlı uşaq valideynlərinə təhvil verilib.

Avqustun 28-də rayonun Əski İqrığ kəndinin ərazisindəki meşədə itkin düşən 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu meşə massivindən tapılıb. Uşaq öncə müayinə olunması üçün Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun səhətinin normal olduğu bildirilir.

Uşaq valideynlərinə təhvil verilib.

Rubrika.Az
Geri qayıt