İki gün meşədə qalan uşaq valideynlərinə təhvil verildi
![]()
Quba rayonunda meşədən tapılan 6 yaşlı uşaq valideynlərinə təhvil verilib.
Avqustun 28-də rayonun Əski İqrığ kəndinin ərazisindəki meşədə itkin düşən 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu meşə massivindən tapılıb. Uşaq öncə müayinə olunması üçün Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun səhətinin normal olduğu bildirilir.
Uşaq valideynlərinə təhvil verilib.
Rubrika.Az
Facebook-da paylaş













