Əsas Səhifə > Hadisə > Paytaxtda qanlı hadisə: iki qadına 12 bıçaq zərbəsi endirildi...

Paytaxtda qanlı hadisə: iki qadına 12 bıçaq zərbəsi endirildi...


30-08-2017, 18:14
Paytaxtda qanlı hadisə: iki qadına 12 bıçaq zərbəsi endirildi...

Bakının Nizami rayonunda iki qadın bıçaqlanıb. Rubrika.az Lent.az-a istinadən xəbər verir ki, insident Qara Qarayev prospekti, ev 61 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən binanın giriş qapısının qarşısında 1993-cü il təvəllüdlü Saramanova Vüsalə Əmiraslan qızı və onun rəfiqəsi 1985-ci il təvəllüdlü Mikayılova Elnarə Yanar qızı naməlum şəxs tərəfindən bıçaq xəsarətləri alıb.

Onların hər birinə altı bıçaq zərbəsi yetirilib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatlarını Nizami RPİ-nin istintaqçıları araşdırır.
Rubrika.az
Geri qayıt