Paytaxtda qanlı hadisə: iki qadına 12 bıçaq zərbəsi endirildi...
![]()
Bakının Nizami rayonunda iki qadın bıçaqlanıb. Rubrika.az Lent.az-a istinadən xəbər verir ki, insident Qara Qarayev prospekti, ev 61 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən binanın giriş qapısının qarşısında 1993-cü il təvəllüdlü Saramanova Vüsalə Əmiraslan qızı və onun rəfiqəsi 1985-ci il təvəllüdlü Mikayılova Elnarə Yanar qızı naməlum şəxs tərəfindən bıçaq xəsarətləri alıb.
Onların hər birinə altı bıçaq zərbəsi yetirilib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatlarını Nizami RPİ-nin istintaqçıları araşdırır.
Rubrika.az
Facebook-da paylaş









