Əsas Səhifə > Hadisə > Prezident sərəncamı — Cəlilabadda abadlıq-quruculuq işləri üçün 1,5 milyon manat ayrılıb

Prezident sərəncamı — Cəlilabadda abadlıq-quruculuq işləri üçün 1,5 milyon manat ayrılıb


4-09-2017, 16:51
Prezident sərəncamı — Cəlilabadda abadlıq-quruculuq işləri üçün 1,5 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, sərəncama əsasən Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,5 milyon manat, 20 çoxmənzilli binanın dam örtüyünün yenilənməsi və fasad hissəsinin əsaslı təmiri üçün 1,5 milyon manat ayrılıb.

Rubrika.Az
Geri qayıt