Prezident sərəncamı — Cəlilabadda abadlıq-quruculuq işləri üçün 1,5 milyon manat ayrılıb
![]()
Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, sərəncama əsasən Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,5 milyon manat, 20 çoxmənzilli binanın dam örtüyünün yenilənməsi və fasad hissəsinin əsaslı təmiri üçün 1,5 milyon manat ayrılıb.
Rubrika.Az
Facebook-da paylaş








