Əsas Səhifə > Dünya, Hadisə > Moskvada məktəbə hücum edildi — Xəsarət alanlar var

Moskvada məktəbə hücum edildi — Xəsarət alanlar var


5-09-2017, 19:12
Moskvada məktəbə hücum edildi — Xəsarət alanlar var

Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, insident Moskva ətrafı İvanteyevkada baş verib. Şagird müəllimi çəkiclə yaralayıb. Sonra isə pnevmatik tapancadan ətrafa atəş açıb. 4 nəfər xəsarət alıb.

Hadisə yerinə cəlb edilən polis yeniyetməni saxlayıb. Şagirdlər və müəllimlər təxliyyə edilib. Xəsarət alan müəllimə reanimasiya şöbəsinə yerləşdirilib.

Moskva polisinin xəbərinə əsasən 2002-ci il təvəllüdlü şagird sinifə tüstü bombası ataraq pnevmatik tapancadan atəş açıb. Yaralananlar xəstəxanalara yerləşdirilib.

Hadisəni törədən yeniyetmə polis tərəfindən dindirilir.
Rubrika.az
Geri qayıt