Moskvada məktəbə hücum edildi — Xəsarət alanlar var
![]()
Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, insident Moskva ətrafı İvanteyevkada baş verib. Şagird müəllimi çəkiclə yaralayıb. Sonra isə pnevmatik tapancadan ətrafa atəş açıb. 4 nəfər xəsarət alıb.
Hadisə yerinə cəlb edilən polis yeniyetməni saxlayıb. Şagirdlər və müəllimlər təxliyyə edilib. Xəsarət alan müəllimə reanimasiya şöbəsinə yerləşdirilib.
Moskva polisinin xəbərinə əsasən 2002-ci il təvəllüdlü şagird sinifə tüstü bombası ataraq pnevmatik tapancadan atəş açıb. Yaralananlar xəstəxanalara yerləşdirilib.
Hadisəni törədən yeniyetmə polis tərəfindən dindirilir.
Rubrika.az
Facebook-da paylaş








