Əsas Səhifə > Dünya > Myanma Banqladeş ilə sərhədə mina düzür — İDDİA...

Myanma Banqladeş ilə sərhədə mina düzür — İDDİA...


6-09-2017, 10:18
Myanma Banqladeş ilə sərhədə mina düzür — İDDİA...


Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, iddiaya əsasən Myanma Banqladeş ilə sərhəd xəttinə mina döşəyir.

"Reuters"ə Banqladeşdəki mənbədən daxil olan məlumatda deyilir: "Bizim qüvvələr tikanlı məftil hasarının yaxınlığında işləyən 3-4 qrup müşahidə edib. Onlar torpağa mina basdırırdılar".

Agentliyin məlumatına əsasən minalar müsəlmanların Myanmaya qayıtmasının qarşısını almaq məqsədi güdür.

BMT-nin baş katibi Antoniu Quterriş Myanma hökumətini rohincalara hüquqi status və vətəndaşlıq verməyə səsləyib.
Rubrika.az
Geri qayıt