Myanma Banqladeş ilə sərhədə mina düzür — İDDİA...
![]()
Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, iddiaya əsasən Myanma Banqladeş ilə sərhəd xəttinə mina döşəyir.
"Reuters"ə Banqladeşdəki mənbədən daxil olan məlumatda deyilir: "Bizim qüvvələr tikanlı məftil hasarının yaxınlığında işləyən 3-4 qrup müşahidə edib. Onlar torpağa mina basdırırdılar".
Agentliyin məlumatına əsasən minalar müsəlmanların Myanmaya qayıtmasının qarşısını almaq məqsədi güdür.
BMT-nin baş katibi Antoniu Quterriş Myanma hökumətini rohincalara hüquqi status və vətəndaşlıq verməyə səsləyib.
Rubrika.az
Facebook-da paylaş













