Əsas Səhifə > Hadisə > Bağlanan Quba-Xınalıq yolu açıldı
Bağlanan Quba-Xınalıq yolu açıldı9-09-2017, 11:59 |
|
Ötən gün axşam saatlarında güclü sel nəticəsində bağlanan Quba-Xınalıq yolu açılıb. Rubrika.Az APA-ya istinadən xəbər verir ki, leysan yağışları nəticəsində yolun 36,42,50 və 54-cü kilometrliyinə qaya parçaları düşüb. Yol təxminən 5-6 saat bağlı qalıb. Gecə saatlarında əraziyə “Azəryolservis” ASC-nin Quba 6 saylı Yol İstismar İdarəsinin ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Yolda avtomobillərin hərəkəti bərpa olunub. Bəzi ərazilərdə təmizləmə işləri hazırda da davam etdirilir. Rubrika.Az Geri qayıt |