Bağlanan Quba-Xınalıq yolu açıldı
![]()
Ötən gün axşam saatlarında güclü sel nəticəsində bağlanan Quba-Xınalıq yolu açılıb.
Rubrika.Az APA-ya istinadən xəbər verir ki, leysan yağışları nəticəsində yolun 36,42,50 və 54-cü kilometrliyinə qaya parçaları düşüb. Yol təxminən 5-6 saat bağlı qalıb. Gecə saatlarında əraziyə “Azəryolservis” ASC-nin Quba 6 saylı Yol İstismar İdarəsinin ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Yolda avtomobillərin hərəkəti bərpa olunub.
Bəzi ərazilərdə təmizləmə işləri hazırda da davam etdirilir.
Rubrika.Az
Facebook-da paylaş













