Əsas Səhifə > Hadisə > İsmayıllıda ağır qəza — 2 ölü, 4 yaralı
İsmayıllıda ağır qəza — 2 ölü, 4 yaralı16-09-2017, 17:13 |
|
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün saat 15:30 radələrində Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri ərazisindən keçən hissəsində “Mercedes” və “VAZ 21015” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslər İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. Rubrika.Az Geri qayıt |