İsmayıllıda ağır qəza — 2 ölü, 4 yaralı
![]()
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün saat 15:30 radələrində Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri ərazisindən keçən hissəsində “Mercedes” və “VAZ 21015” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslər İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş














