Əsas Səhifə > Hadisə > İcra başçısının köməkçisi vəzifəsindən azad edildi
İcra başçısının köməkçisi vəzifəsindən azad edildi27-09-2017, 12:46 |
|
Laçın Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub. Rubrika.Az report-a istinadən bildirir ki, RİH aparatının baş məsləhətçisi, icra başçısının köməkçisi Məhəmməd Şirin oğlu Şahbazov vəzifəsindən azad edilib. Həmin vəzifəyə Elşən Vəliqulu oğlu Quliyev təyin edilib. E.Quluyev yeni təyinata qədər RİH-də ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb. Qeyd edək ki, M.Şahbazov 2016-cı ildən bu vəzifəni icra edirdi. Rubrika.Az Geri qayıt |