İcra başçısının köməkçisi vəzifəsindən azad edildi
![]()
Laçın Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.
Rubrika.Az report-a istinadən bildirir ki, RİH aparatının baş məsləhətçisi, icra başçısının köməkçisi Məhəmməd Şirin oğlu Şahbazov vəzifəsindən azad edilib.
Həmin vəzifəyə Elşən Vəliqulu oğlu Quliyev təyin edilib. E.Quluyev yeni təyinata qədər RİH-də ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, M.Şahbazov 2016-cı ildən bu vəzifəni icra edirdi.
Rubrika.Az
Facebook-da paylaş












