Əsas Səhifə > Hadisə > Azərbaycanda ağır yol qəzası - 20-yə yaxın insan yaralandı+ Yenilənib
Azərbaycanda ağır yol qəzası - 20-yə yaxın insan yaralandı+ Yenilənib28-10-2017, 12:44 |
|
Goranboyda avtobus körpüdən aşıb. Rubrika.Az APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb. Xeyli yaralının olduğu bildirilir. Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır. *** Pambıqçıları daşıyan avtobusun aşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. "İsuzu” markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirərək aşıb. Xəsarət alanlara Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rubrika.Az Geri qayıt |