Azərbaycanda ağır yol qəzası - 20-yə yaxın insan yaralandı+ Yenilənib
![]()
Goranboyda avtobus körpüdən aşıb.
Rubrika.Az APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb. Xeyli yaralının olduğu bildirilir.
Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Pambıqçıları daşıyan avtobusun aşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.
"İsuzu” markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirərək aşıb.
Xəsarət alanlara Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Rubrika.Az
Facebook-da paylaş













