Əsas Səhifə > Mədəniyyət > “AZƏRPOÇT” RƏHBƏRİ İŞDƏN ÇIXDI – Mətbuat katibinin xəbəri yoxdur

“AZƏRPOÇT” RƏHBƏRİ İŞDƏN ÇIXDI – Mətbuat katibinin xəbəri yoxdur


27-11-2017, 12:39
“AZƏRPOÇT” RƏHBƏRİ İŞDƏN ÇIXDI – Mətbuat katibinin xəbəri yoxdur

“Azərpoçt” MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.

Rubrika.Az xəbər verir ki, “APA-Economics”in MMC-dəki mənbə bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.

“Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib”, – deyə mənbə vurğulayıb.

Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.

“Azərpoçt” MMC-nin mətbuat katibi Günel Gözəlova isə “APA-Economics”ə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.

Maraqlıdır ki, “Azərpoçt” MMC-nin rəsmi saytında “Rəhbərlik” bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.

Rubrika.Az
Geri qayıt