“AZƏRPOÇT” RƏHBƏRİ İŞDƏN ÇIXDI – Mətbuat katibinin xəbəri yoxdur

“Azərpoçt” MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.
Rubrika.Az xəbər verir ki, “APA-Economics”in MMC-dəki mənbə bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.
“Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib”, – deyə mənbə vurğulayıb.
Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.
“Azərpoçt” MMC-nin mətbuat katibi Günel Gözəlova isə “APA-Economics”ə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.
Maraqlıdır ki, “Azərpoçt” MMC-nin rəsmi saytında “Rəhbərlik” bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.
Rubrika.Az
Facebook-da paylaş













