Əsas Səhifə > Cəmiyyət > “Lotu Quli” beynəlxalq axtarışa verildi
“Lotu Quli” beynəlxalq axtarışa verildi19-12-2017, 10:30 |
|
Moskvanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsi “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovu beynəlxalq axtarışa verib Bu barədə "Rosbalt" agentliyi məlumat yayıb. Məlumata əsasən Səlifov adam oğurluğu və hədə-qorxu ilə pul almaqda təqsirli bilinir. İstintaqın versiyasına görə, Səlifov Moskvada insanların oğurlanması və onlardan pul alınmasına dair göstəriş verib. Bundan əlavə, istintaq materiallarına Cinayət Məcəlləsinin 210-u (“cinayət təşkilatının yaradılması”) maddəsi də əlavə oluna bilər. Qeyd edək ki, Nadir Səlifov Azərbaycanda həbsdən azad olunduqdan sonra Gürcüstana, oradan isə Türkiyəyə gedib. O, hazırda İstanbul şəhərində yaşayır. RUBRİKA.AZ Geri qayıt |