“Lotu Quli” beynəlxalq axtarışa verildi
![]()
Moskvanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsi “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovu beynəlxalq axtarışa verib
Bu barədə "Rosbalt" agentliyi məlumat yayıb.
Məlumata əsasən Səlifov adam oğurluğu və hədə-qorxu ilə pul almaqda təqsirli bilinir. İstintaqın versiyasına görə, Səlifov Moskvada insanların oğurlanması və onlardan pul alınmasına dair göstəriş verib.
Bundan əlavə, istintaq materiallarına Cinayət Məcəlləsinin 210-u (“cinayət təşkilatının yaradılması”) maddəsi də əlavə oluna bilər.
Qeyd edək ki, Nadir Səlifov Azərbaycanda həbsdən azad olunduqdan sonra Gürcüstana, oradan isə Türkiyəyə gedib. O, hazırda İstanbul şəhərində yaşayır.
RUBRİKA.AZ
Facebook-da paylaş













