Əsas Səhifə > Hadisə > İstanbuldan Azərbaycana gələn avtobus qəzaya düşdü – 30 YARALI VAR - YENİLƏNİB
İstanbuldan Azərbaycana gələn avtobus qəzaya düşdü – 30 YARALI VAR - YENİLƏNİB25-12-2017, 13:48 |
|
"İstanbuldan Azərbaycana gələn, içərisində azərbaycanlıların olduğu avtobusun qəzaya uğraması nəticəsində ölən və ağır xəsarət alan yoxdur”. Bunu APA-ya açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib. O bildirib ki, avtobus İstanbuldan İğdır istiqamətinə hərəkət edib: “Hadisə nəticəsində 30-a yaxın şəxs yaralanıb. Onlardan sürücü Türkiyə, qalanları Azərbaycan vətəndaşıdır. Xəsarətlər yüngüldür, qol və qabırğa sınığı kimi xəsarətlərdir. Xəsarət alanlar Sarıqamış və Qars xəstəxanalarına yerləşdiriliblər”. ***12:09 İstanbuldan Azərbaycana gələn sərnişin avtobusu Qarsda qəzaya düşüb. Hadisə barədə “Hürriyyət” qəzeti yazıb. Mənbə bildirir ki, hadisə nəticəsində 30 nəfər yaralanıb. Rubrika.Az Geri qayıt |