İstanbuldan Azərbaycana gələn avtobus qəzaya düşdü – 30 YARALI VAR - YENİLƏNİB
![]()
"İstanbuldan Azərbaycana gələn, içərisində azərbaycanlıların olduğu avtobusun qəzaya uğraması nəticəsində ölən və ağır xəsarət alan yoxdur”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib.
O bildirib ki, avtobus İstanbuldan İğdır istiqamətinə hərəkət edib: “Hadisə nəticəsində 30-a yaxın şəxs yaralanıb. Onlardan sürücü Türkiyə, qalanları Azərbaycan vətəndaşıdır. Xəsarətlər yüngüldür, qol və qabırğa sınığı kimi xəsarətlərdir. Xəsarət alanlar Sarıqamış və Qars xəstəxanalarına yerləşdiriliblər”.
***12:09
İstanbuldan Azərbaycana gələn sərnişin avtobusu Qarsda qəzaya düşüb.
Hadisə barədə “Hürriyyət” qəzeti yazıb.
Mənbə bildirir ki, hadisə nəticəsində 30 nəfər yaralanıb.
Rubrika.Az
Facebook-da paylaş













