Əsas Səhifə > Hadisə > Bu məsələdə son dərəcə qərarlıyıq - Qərargah rəhbəri

Bu məsələdə son dərəcə qərarlıyıq - Qərargah rəhbəri


28-12-2017, 20:45
Bu məsələdə son dərəcə qərarlıyıq - Qərargah rəhbəri

Terrorizmə qarşı mübarizə ölkə daxilində, xaricində, quruda, havada fasiləsiz olaraq həyata keçiriləcək.
Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Baş Qərargahının rəhbəri Hülusi Akar deyib.
“Terror bəlası ölkəmizdən silinəcək. Bu məsələdə Türkiyə Cümhuriyyəti son dərəcə qərarlıdır”, - Akar bildirib.
Qeyd edək ki, ordu Türkiyənin cənub və cənub-şərqində, eləcə də Şimali İraqın dağlıq ərazilərində PKK terrorçularına ağır zərbələr vurmaqda davam edir.

Rubrika.az


Geri qayıt