Bu məsələdə son dərəcə qərarlıyıq - Qərargah rəhbəri
![]()
Terrorizmə qarşı mübarizə ölkə daxilində, xaricində, quruda, havada fasiləsiz olaraq həyata keçiriləcək.
Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Baş Qərargahının rəhbəri Hülusi Akar deyib.
“Terror bəlası ölkəmizdən silinəcək. Bu məsələdə Türkiyə Cümhuriyyəti son dərəcə qərarlıdır”, - Akar bildirib.
Qeyd edək ki, ordu Türkiyənin cənub və cənub-şərqində, eləcə də Şimali İraqın dağlıq ərazilərində PKK terrorçularına ağır zərbələr vurmaqda davam edir.
Rubrika.az
Facebook-da paylaş












