Əsas Səhifə > Hadisə > Beyləqanda mal-qara və avtomobil oğrusu saxlanılıb
Beyləqanda mal-qara və avtomobil oğrusu saxlanılıb30-12-2017, 20:09 |
![]() Beyləqanda mal-qara oğrusu saxlanılıb. Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, Beyləqan rayonunun İmamverdilər kənd sakini Natiq Abdullayev İmişli rayon polis şöbəsinə müraciət edərək otlaq sahəsindən ona məxsus iribuynzulu heyvanın oğurlandığını bildirib. Bundan sonra aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon Birinci Şahsevən kənd sakini, əvvəllər dəfələrlə məhkum olunan Elçin Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda vətəndaşlara məxsus iribuynuzlu heyvanları və bir ədəd avtomobili oğurlayıb. Rubrika.az Geri qayıt |